Bakıda Hindistan Günləri adlı növbəti sərgi bu gündən öz işinə başlayır.
Sərgidə Hindistan istehsalı olan fərqli çeşiddə mallar - geyim, bəzək əşyaları, suvenirlər, həmçinin qida məhsulları təqdim olunur.
Sərgiyə gələn qonaqlar Hindistan mədəniyyəti ilə yaxından tanış olur, hind rəqs ifaçılarının rəqslərini çox böyük maraqla izləyirlər.
Sərgi Hindistanın yeddi fərqli şirkətinin birgə təşkilatçılığı ilə həyata kecirilir.
Qeyd edək ki, sərginin açılış mərasimi ilə bağlı tədbir martin 6-da baş tutacaq. Mərasimdə Hindistanın Azərbaycandakı səfiri və səfirlik numayəndələrinin də iştirakı gözlənilir.
Tədbir 3-19 mart tarixlərində hər gün saat 11:00-20:00-də Nizami Kino Mərkəzində keçiriləcək.
Sərgidə iştirak sərbəstdir.
Fidan HÜQUQQIZI
Elşən AĞALAR( foto)
“Xalq qəzeti”