Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən 2023-cü il 31 mart tarixində saat 10:00-da Biləsuvar şəhəri Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) əsasən Biləsuvar şəhəri, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 27 mart 2023-cü il tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.