Dünyanın ərazisinə görə ən kiçik dövləti olan Vatikanın maraqlı cəhəti onun hüdudlarında sərhədçilərin dayanmamasıdır. Burada bütün sərhədlər divarla əhatə olunub. Afrika qitəsinin ən kiçik ölkəsinin maraqlı cəhəti isə buradakı adaların bəzilərinin qranit daşlarından ibarət olmasıdır.
Dünya coğrafiyasına aid olan internet materiallarında göstərilir ki, Seyşel Adaları Respublikası Şərqi Afrikada, Hind Okeanının qərb sahillərində, ekvatordan cənubda yerləşən ada dövlətidir. Adalar Afrika qitəsindən 1600 kilometr aralıda, Madaqaskar adasından şimalda yerləşir. lkə ərazisindəki 115 adanın (onların bir çoxu mərcan adalarıdır) cəmi 33-də insan yaşayır.
445 kvadratkilometr ərazisi olan ölkənin paytaxtı ən böyük ada olan Mahedə adasında salınmış Viktoriya şəhəridir. Bu şəhərdə beynəlxalq hava limanı da var. Bu kiçik respublikanın əhalisi 98 min nəfərdən bir az çoxdur. Rəsmi dövlət dili fransız və ingilis dilləridir. Qeyd edilir ki, hər il milyonlarla turist bu möhtəşəm adaları görmək üçün dünyanın müxtəlif ölkələrindən ora gəlir.
Buranı turistlər və alimlər üçün maraqlı edən faktlardan biri də odur ki, Seyşel adaları əsrlər boyu dəniz quldurlarının məskəni olmuşdur. Bu adalarda itirilmiş pirat xəzinələri haqqında əfsanələr hələ də danışılır. Mətbuat yazır ki, Mahe adasının Bel Ombre bölgəsində məşhur pirat Olivier La Vasserin milyonlarla funt-sterlinq dəyərində olan xəzinəsinin basdırıldığı da güman edilir.
O da bildirilir ki, Seyşel adaları 1505-ci ildə portuqallar tərəfindən kəşf olunsa da, 1768-ci ildə fransızlar sahib çıxmışlar. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçən bu ölkə 1976-ci ildə müstəqilliyini əldə etmişdir. lkənin əhalisi başdan-başa fransız, ispan, asiyalı və afrikalı insanların bir-biri ilə qaynayıb-qarışması nəticəsində meydana gələn mələz insanlardır. Burada azsaylı müsəlmanlar və hindular yaşasalar da, əhalinin əksəriyyəti katolikdir.
lkənin iqtisadiyyatını əkinçilik və turizm təşkil edir. Adalarda yetişən banan, şirin kartof, manyok və ondan alınan nişasta, kokonat, darçın və vanil xaricə ixrac edilir. Yəni ölkənin əsas istehsal obyektləri qida sənayesi üzrədir. Elə dəniz məhsulları da bu sənaye müəssisələri vasitəsilə ixrac olunur. Seyşel adalarının məhsulları daha çox Böyük Britaniya, Fransa, Cənubi Afrika, Yəmən və Pakistan ölkələrinə göndərilir. Əcnəbilər Seyşeldən tısbağa qabığı, akula üzgəci və balıq məhsullarını daha çox alırlar.
Azərbaycan Respublikası ilə Seyşel Adaları Respublikası arasında beynəlxalq münasibətlərə əsaslanan əməkdaşlıq mövcuddur. lkələrimiz arasında diplomatik münasibətlər 2 noyabr 1994-cü ildə qurulmuşdur.
İttifaq MİRZƏBƏYLİ