Çinin Quansu əyalətində hər birinin hündürlüyü 200 metr olan iki qüllə inşa edilib. Qüllələr konsentrik dairələrdə düzülmüş 30 min güzgüdən ibarət sahələrlə əhatələnib. Yeni enerji obyektinin ildə 1,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Enerji istehsal etmək üçün isə buxar turbinləri hərəkətə gətirilməlidir. Bu məqsədlə ünəş işığını toplayan və əks etdirən güzgülərdən istifadə edilir. Beləliklə, stansiyaların əsas fərqlənmə xüsusiyyəti ondan ibarətdir ki, geniş sahəyə düşən ünəş şuaları güzgülər vasitəsi ilə qüllələrə yönəldilir, istilik enerisi daha sonra elektrik enerisinə çevirilir. üzgülərin düzülüşü və qoşa qüllənin olması isə ünəş işığını qüllələrin hər birinə maksimum effektlə əks etdirməyə və elektrik stansiyasının səmərəliliyini faizə çatdırmağa imkan verəcəkdir.
Yeni Günəş elektrik stansiyasının 2024-cü ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.
Günəş enerisi (CSP) texnologiyası onilliklərdir ki, bütün dünyada mövcuddur. ində isə ilk dəfə olaraq elektrik stansiyası həmişəki kimi, 1 qülləli deyil, 2 qülləli olacaq.
Hesablamalara görə, Günəş energetik qurğularının 50-ci enlikdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq, demək olar ki, bu regionda ünəş energetikasının inkişafı daha perspektivlidir.
PÜNHAN
XQ