İlon Mask: Süni intellekt bəşəriyyətin ölümünə səbəb ola bilər

post-img

Süni intellektin (AI) sistemli və davamlı inkişafı bütün bəşəriyyətin ölümünə səbəb ola bilər, lakin bu ehtimal 20%-dən çox deyil. "Business Insider" xəbər verir ki, bunu SpaceX və Tesla şirkətlərinin rəhbəri, xAI startapının yaradıcısı İlon Mask deyib.

“Düşünürəm ki, süni intellekt həqiqətən bəşəriyyətin ölümünə səbəb olacaq bir ehtimal var”,- Mask deyib. 

Los-Ancelesdə süni intellektlə bağlı konfransda çıxışı zamanı iş adamı alim və süni intellekt sahəsində əsas tədqiqatçılardan biri Cefri Hintonun qiymətləndirməsi ilə razılaşacağını bildirib. "Düşünürəm ki, onun bu ehtimalın təxminən 10 və ya 20% və ya bu diapazonda bir şey olması ilə bağlı təxminləri ilə razılaşardım",-Mask əlavə edib.

2023-cü ilin iyul ayında Mask süni intellekt sahəsində layihələr üçün xAI-nin yaradıldığını elan edib. xAI-nin məqsədinin “kainatın əsl təbiətini anlamaq” olduğu bildirilir.

Eyni zamanda, milyarder süni intellektin inkişafına nəzarət edə bilməməsi səbəbindən süni intellektin təhlükələrini, o cümlədən bəşəriyyətin ölüm və ya əsarət altına düşmə riskini dəfələrlə bəyan edib.

S.ELAY

XQ

Maraqlı