"Bloomberg": Alimlər qablaşdırılan suda nanoplastiklər müəyyən ediblər

post-img

Kolumbiya Universitetinin kimyaçıları müəyyən ediblər ki, 1 litrlik şüşə suda təxminən 240 min nanoplastik hissəcik ola bilər.

Bloomberg” bu barədə yanvarın 8-də “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Nanoplastiklər uzunluğu 1 mikrometrdən az olan plastik hissəciklərdir (bir mm 1 min mikrondan ibarətdir). Əvvəlki tədqiqatlar yalnız mikroplastikləri fraqmentləri 1 mikrondan böyük olanlar nəzərə alınırdı. Yeni bir araşdırma, qablaşdırılmış suyun tərkibindəki plastikin əvvəllər düşünüldüyündən 100 dəfə çox ola biləcəyini müəyyən edib.

Tədqiqat üçün amerikalı alimlər yeni analiz metodu hazırlayıblar. Kimyaçılar üç Amerika markasının 25 litrlik butulkalarında su üzərində araşdırma aparıblar. Onlarda 110-370 min hissəcik aşkar edilib ki, onların da 90 faizi nanoplastikalardır. Eyni zamanda, bəzi hissəciklər müəyyən edilməyib, yəni plastik zərrəciklər daha çox ola bilər.

Qeyd olunur ki, nanoplastik kiçik ölçüsünə görə qan və insan hüceyrələrinə, o cümlədən plasenta vasitəsilə yeni doğulmuş körpələrin orqanizminə nüfuz edə bilir.

XQ

Maraqlı