Tayvanda mümkün müharibə qlobal iqtisadiyyata 10 trilyon dollara başa gələ bilər

post-img

Əgər Çin Tayvan uğrunda müharibə etmək qərarına gəlsə, potensial münaqişə dünyaya 10 trilyon dollar ziyan vuracaq.

Bu, "Bloomberg" analitikləri tərəfindən verilən qiymətləndirmədir. 

“Bloomberg Economics (Tayvanla bağlı) münaqişənin dəyərini təqribən 10 trilyon dollar təşkil edəcəyini düşünür ki, bu da qlobal ÜDM-in təxminən 10 faizinə bərabərdir. Bu, Ukraynadakı münaqişə, Covid pandemiyası və qlobal maliyyə böhranının zərbəsini kölgədə qoyur”, - deyə agentlik qeyd edib. 

Ekspertlərin fikrincə, böhranın kəskinləşməsi üçün ilkin şərtlər artıq mövcuddur. Bunlar ÇXR-in iqtisadiyyatının və hərbi potensialının artması, Tayvan əhalisi arasında milli kimliyin artması, eləcə də Çin və ABŞ arasında münasibətlərdə problemlərdir. Tayvanda qarşıdan gələn seçkilər də ada ilə materik Çin arasındakı uçurumun dərinləşməsinə səbəb ola bilər.

Agentlik hesab edir ki, vəziyyət iki ssenaridən biri üzrə gedə bilər. Birinciyə görə, Tayvanla bağlı münaqişə ABŞ-ın fəal iştirakı ilə baş verəcək. Belə olan halda dünya iqtisadiyyatı ÜDM-in 10,2 faizə qədər itirəcək və ən çox Tayvanın özü və Şərqi Asiya ölkələri zərər görəcək. İkinci ssenari, Tayvanın ÇXR tərəfindən blokadaya alınmasını nəzərdə tutur ki, bu zaman dünya iqtisadiyyatı birinci il ərzində ÜDM-in 5 faizə qədərini itirəcək.

XQ

Dünya