Siyasi mənzərə: Uinston Çörçill necə rəssam oldu?

post-img

"Cənnətə düşəndə ilk milyon ilimi rəssamlığa həsr edəcəyəm. Bu mövzuya daha dərindən dalmaq istəyirəm". Bir dəfə məşhur ingilis baş naziri demişdi

Siyasətçi rəssamlıqla qırx yaşında maraqlanmağa başlanmışdı. Bununla o, 1915-ci ildə ilk lord postundan məcburi istefa verdikdən sonra keçirdiyi depressiyadan xilas olmağa çalışmışdı. O zaman Çörçill düşünmüşdü ki, artıq bir daha hökumətə qayıtmayacaq. Özünün əl işlərini ciddi rəssamlara göstərməyə yalnız 32 il sonra, 1947-cü ildə cürət etmişdi. Həmin zaman o Kral İncəsənət Akademiyasına bir neçə rəsm əsəri göndərmişdi. Rəsmlər bəyənilmiş və bir il sonra siyasətçi akademiyanın fəxri üzvü seçilmişdi.

3 yanvar 1950-ci ildə Çörçill (o zaman parlament müxalifətinin lideri) Madeyranın (Portuqaliya) cənub sahilində yerləşən Funşala gəlmişdi. Siyasətçi Britaniya konsulu ilə əvvəlcədən əlaqə saxlayaraq, otel və rəsm çəkmək üçün yer tapmağı xahiş etmişdi. Funşala çatan kimi Çörçill dərhal təbiət peysajı axtarışına çıxmışdı.

Siyasətçinin plenerə çıxışı bir növ rituala bənzəyirdi: köməkçilər boyalar, fırçalar, kətan və dəzgah daşıyırdılar. Çörçillin özü də ağzında dəyişməz bir siqar ilə onları izləyirdi. Məkanı bəyənirdisə, peysajı qiymətləndirdi, çətir və dəzgahın harada quraşdırılacağına dair təlimat verirdi. Köməkçiləri buraxdıqdan sonra yaradıcılığa başlayırdı.

Hazırda Funşal yaxınlığındakı Camara de Lobos qəsəbəsində Böyük Britaniyanın baş nazirinin kətan üzərində işlədiyi yeri asanlıqla tapmaq olar. Bu gün o, “Çörçill Panoraması” adlanır və yaxınlıqdakı mağazalarda dəstgahında oturan siyasətçinin şəkli olan açıqcalar satılır.

Ümumilikdə Çörçill 500-ə yaxın rəsm çəkib. Onlardan biri “Chartwell Goldfish Pond” adlanır, həmin rəsm əsəri 2014-cü ilin dekabrında Sotheby’s hərrasında 1,8 milyon funta satılıb. Onun rəsmlərinin əksəriyyəti hazırda "Chartwell" studiyasında saxlanılır.

Hazırladı:

S.ELAY

XQ

 



Maraqlı