Alimlər əfsanəvi Punt krallığını tapıblar

post-img

“Rossiyskaya qazeta” xəbər verir ki, alimlər qədim Misirin papiruslarında təsvir olunan əfsanəvi Punt krallığının harada yerləşdiyini müəyyən ediblər.

Nəşr yazır ki, sehrli ilan tərəfindən idarə olunan bolluq və səadət ölkəsi olan Punt ölkəsindən bəhs edən papirusu 1880-1881-ci illərdə Ermitajın əməkdaşı Vladimir Qolenişev aşkar edib.

Ritual mətnlər, həmçinin Punt səltənəti və ya tanrıların vətəni haqqında məlumat verir. Məlumdur ki, bir çox Misir hökmdarları bu ölkəyə genişmiqyaslı ekspedisiyalar göndərirmişlər, lakin zaman keçdikcə əlaqələr qırılmış və tanrılar diyarı əfsanəyə çevrilib.

Bu yaxınlarda isə alimlər aşkar ediblər ki, söhbət çox güman ki, Afrika Buynuzu - müasir Cibuti, Somali, Efiopiya və Eritreya ərazilərindən gedir. Rəvayətə görə, səyahətçilər meymunları Punt krallığından gətirirdilər. Genetiklər primat mumiyalarının DNT-sini öyrənərək onların mənşəyini aşkar ediblər.

S.ELAY

XQ

Maraqlı