Qara dəlik kosmik əjdahadır

post-img

Qara dəliklər, sadəcə, boşluq deyil. Bunlar güclü cazibə qüvvəsi ilə daxilində hər şeyi udurlar. Onlar dövrünü bitirən və partlayan ulduzlardan yaranır. Belə bir cazibə gücündən qaçacaq bir şey yoxdur. Planet və digər materialların qara dəlik tərəfindən udulması, onların hərəkət mərkəzinə çəkilməsi üçün çox yaxından keçməsi lazımdır. Bu zaman obyektin geri dönməsi mümkün deyil. Deməli, o qaçmağın mümkün olmadığı hadisə üfüqünə girmiş olur.

Alimlər müasir texnologiyaların köməyi ilə Kainatda qara dəliklərdən birini müşahidə edə biliblər. Bu ames ebb teleskopu vasitəsi ilə mümkün olub. Beləki, kainatın dərinliklərinə baxan teleskop GN-z11 qalaktikasının mərkəzində 1.6 milyon günəş kütləsində qara dəlik aşkar edib. Bu, indiyədək tapılmış ən qədim qara dəlik sayılır. Onun yaşı təqribən 13.4 milyard ildir və kainatın yaranışından, sadəcə, 440 milyon il sonra formalaşdığı güman edilir.

Bununla yanaşı araşdırmalar bu qara dəliyin əslində tək olmadığını, onunla birlikdə çox sayda qara dəliklərdən yarandığını göstərir. 

Maraqlı