Məhkumlar üçün virtual kitabxana

post-img

Cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, sosial adaptasiyası ilə bağlı ardıcıl tədbirlər görülür, bu istiqamətdə aidiyyəti dövlət qurumları və publik hüquqi şəxslər, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla əməkdaşlıqda məhkumların istəkləri nəzərə alınmaqla onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı proqramlar, təlim-tədris kursları və digər maarifləndirici tədbirlər təşkil olunur.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  ərəfəsində dliyyə Nazirliyi tərəfindən, Hüquq və İnsan Haqları İnstitutu və BMT İnkişaf roqramının (UNDP ) dəstəyi ilə  saylı Qadın Cəzaçəkmə Müəssisəsində “Hüquq və insan haqları virtual kitabxanası”nın təqdimatı keçirilib.

Tədbirdə penitensiar sahədə aparılan islahatlar çərçivəsində qadın məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ötən il istifadəyə verilmiş yeni müasir penitensiar müəssisədə virtual kitabxananın yaradılmasının əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, müəssisədə fəaliyyət göstərən kitabxana fondundan mütəmadi istifadə edən məhkumlar insan hüquqları və hüquq sahəsində yüzlərlə elektron vəsaitə çıxış əldə edəcəklər. Bu da onların təhsilinə, maari ənməsinə, asudə vaxtlarının səmərəli təşkilinə töhfə verəcəkdir.

Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə institutun saytında cari ilin may ayında yaradılan və bu il 1 illiyini qeyd etdiyimiz ulu öndər Heydər  liyevin adını daşıyan virtual kitabxana barədə məlumat verərək onun o ayn versiyasının penitensiar müəssisədə istifadəyə verilməsində dəstəyə görə dliyyə Nazirliyinə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, hazırda virtual kitabxanada azərbaycanlı alimlərin hüquq və insan haqlarına dair üç dildə yazdıqları dən çox kitab, dərslik, məqalə və hesabatlar yerləşdirilib.

BMT İnkişaf roqramının nümayəndəsi Leyla Fəthi UNDP-nin ən uğurlu layihələrdən olan virtual kitabxanadan qısa zamanda on minlərlə insanın bəhrələndiyini vurğulayıb.

Tədbirdə müəssisədə  kitabxananın fəaliyyətini təmin etmək məqsədilə UNDP tərəfindən  ədəd noutbuk ianə edilib. 

Qabil YUSİFOĞLU

XQ

Sosial həyat