Ən çox, ən az...

post-img

• Artıq çəkili insanlar ən çox Sakit okeandakı Nauruda yaşayır. Bu ölkə əhalisinin təxminən 95 faizi artıq çə­kidən əziyyət çəkir.

• Dünyadakı bütün göllərin 60 fa­izi Kanadada yerləşir. Onların sayı 3 milyondan çoxdur və ölkə ərazisinin 9 faizini təşkil edir. Kanada həm də ali təhsilli insanların ümumi əhaliyə nisbətinə görə dünyanın ən savadlı ölkəsidir.

• Liviya dünyanın ən quraq ölkəsi­dir, ərazisinin 99 faizi səhradır.

• Ən az meşə Haitidədir. Demək olar ki, burada bütün ağaclar kəsilib.

• Dünyanın ən parçalanmış ölkə­si Somalidir. Onun ərazisində onlarla tanınmamış dövlət var.

• Papua–Yeni Qvineyada çoxlu xalq yaşayır. Onlar 820-dən çox dildə danışırlar. Bu, dünyadakı bütün dillə­rin 12 faizindən çoxdur.

• Dünyanın ən təmiz ölkəsi İslan­diyadır. O həm də ən dinc və ən meh­riban ölkədir. Buna əmin olmaq üçün heç olmasa bir dəfə buranı ziyarət etmək kifayətdir.

* Turistlər arasında aparılan sor­ğuya görə əcnəbilər üçün ən xoşagəl­məz ölkə isə Boliviyadır. Bu siyahıda ikinci və üçüncü yerləri Venesuela və Rusiya tutur.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı