Marsda həyat izləri tapılıb

post-img

Alimlər Marsda fəaliyyət göstərən “Curiosity” aparatı ilə uzaq keçmişdə planetdə mövsümi sel daşqınlarının izlərini aşkar ediblər. Bu hadisə bioloji həyat növünün formalaşmasına və münbit şəraitin yaranmasına səbəb olan amil kimi qiymətləndirilir. 

Mars səthində fəaliyyət göstərən “Curiosity” aparatı 6 bucaqlı daş çö­küntülərini aşkar edib. Bunlar çökün­tülər Marsda palçığın quruması ilə for­malaşıb.

Çatlardakı daşlar kalsium sulfat ilə maqnezium qarışığından ibarətdir. On­lar, adətən, suyun quruması zamanı çöküntü halına gəlir. Bu yeni araşdır­ma bir daha ona dəlalət edir ki, uzaq keçmişdə Marsda bioloji həyat üçün münbit şərtlər mövcud olub.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya