300 milyon dollarlıq rəsm

post-img

Pol Qogen adını dünya incəsənət tarixinə qızıl hərflərlə yazdıran dahi rəssamlardandır. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığında başlıca yeri postimpressionizm və primitivizm cərəyanları tutur. 

Qogenin rəssamlıq arzusu hələ uşaq yaşlarından başlamışdı. Gənclik çağlarında isə o, yaxın dostları Kamil Pizarro, Pol Sezann ilə birlikdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradır­dı.

Böyük rəssamın bütün əsərlə­rində insanlar öz təbiiliyi ilə təsvir olunub. “Sahildə taitili qadınlar”, “Çiçək ilə qadın”, “Günorta mür­güsü”, “İki taitili qadın” və başqa əsərlərində dərin səmimilik hiss edilməkdədir. 

“Nə vaxt evlənəcəksən?” adlı tablosunu isə rəssam 1892-ci ildə ərsəyə gətirmişdir. Əsərdə iki ta­itili qız əks olunub. Rəsm əsəri­nin dərin və psixoloji anlamı var. Tabloda insan duyğuları və sevgi hissləri ilə bağlı fəlsəfi məqamlar da öz əksini tapıb.

Əsər 2015-ci ildə hərraca çıxa­rılmış və Qətər şeyxlərindən biri tablonu rekord qiymətə – 300 mil­yon dollara satın alıb.

Leyla HADİ,
tələbə-jurnalist

Dünya