ABŞ-da 7 illik məhkəmə sona yetdi

post-img

Dünya şöhrətli Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin 7 ildir davam edən məhkəməsi başa çatıb. Keçmiş ər-arvad aralarındakı bütün mübahisələri sonlandıra biliblər. Onların ayrılmaq bağlı məhkəmə çəkişmələri xeyli vaxtdır ki, yerli və qlobal medianın diqqət mərkəzində olub. 

Nəhayət, bu günlərdə uzun müddətdir ayrı yaşayan cütlük rəsmi olaraq boşan­dıqlarını bildiriblər. Vəkilin sözlərinə görə, Ancelina uşaqları öz himayəsinə almaq və digər mübahisəli məsələləri həll etmək üçün o qədər pul sərf edib ki, az qala tam müflis olacaqmış. 

Qeyd edək ki, 59 yaşlı Pitt və 48 yaşlı Coli 2016-cı ildə ayrıldıqlarını elan edib­lər. Onların biri doğma olmaqla 6 övladı var.

L.İLKİNQIZI,
tələbə jurnalist

Dünya