İsti hava şəraiti davam edəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən avqustun 13-də Bakıda və Abşeron yarımadasında yağmur­suz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 24-28°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmos­fer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.

Abşe­ron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28°,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq. Azərbaycanın ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə 42-44°, dağlarda gecə 18-23°, gün­düz 29-34° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya