Badımcan mikroaptekdir...

post-img

Badımcanın tərkibi şəkər, zülallar, yağlar, kalium, kal­sium, natrium, maqnezium, fosfor, brom, xlor, alümini­umla, həmçinin liflərlə, pektin və digər dietik maddələrlə zəngindir. Dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu, hətta, orqanizmdən xolesterinin azalmasına və artıq qidaların xaric olunmasına səbəb olduğunu bil­dirirlər.

Badımcandan hazırlanan yemək­lər ateresklerozun, ürəyin işemik xəstə­liklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xoles­terini azaldır.

Son araşdırma­larda badımcan saplağının tərəvəzin özü qədər faydalı olduğu aşkarlanıb. Türk həkim Fevzi Özgönul bildirib ki, əksər insanlar tərəfindən kəsilib atılan badımcan saplağının faydaları çoxdur. O, zəngin vitamin və mineral tərkibi sayəsində xəstəliklərlə mü­barizə aparmağa kömək edir. Saplaqda olan C vitamini dəriyə parlaqlıq verir, tənəffüs xəstəliklərindən qoruyur. 

İspanaqdan sonra ən zəngin dəmir tərkibli tərəvəz olan ba­dımcanın saplağı yorğunluğu aradan qaldırır və dəmirin udulma­sına kömək edir. İnsulin müqavimətini tarazlaşdırır.

Antioksidantlarla zəngin olduğu üçün toksinlərin bədəndən çıxarılmasını asanlaşdırır. 

Həkim bildirib ki, 10 badımcan saplağı, 12 stəkan su, 1/2 stə­kan limon suyu, 1 çay qaşığı duzu qazanda 5 dəqiqə qaynadıb süzmək və gündə 2 dəfə içmək olar.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat