II MDB Oyunlarında 50 medal

post-img

Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. 

Dünən boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıblar.

Muaytay üzrə yarışlarda isə Emili Rzayeva (67 kq), Nihat Şoranov (51 kq), Fuad Quliyev (54 kq), İsgəndər İsgəndərov (57 kq), Murad Səfərəliyev (71 kq) bürünc medala sahib olublar.

Karate yarışlarında isə Ramil Baxşəliyev (60 kq) qızıl, Fidan Teymurova (50 kq) gümüş, Zəhra Qurbanzadə, İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq) və Hüseyn Məmmədli (67 kq) bürünc medala layiq görülüblər. 

Bununla da, komandamız 8-i qızıl, 13-ü gümüş, 29-u bürünc olmaqla 50 medal qazanıb. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman