Badmintonçularımız gümüş və bürünc medal qazanıblar

post-img

Azərbaycanın badminton komandası Tacikistanda təşkil edilən beynəlxalq turnirdə 3 medal qazanıb. 

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti”nə bildiriblər ki, Era Maftuha-Həcər Nuriyeva tandemi qadın badmintonçuların qoşa yarışında ikinci yeri tutub. 

Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə Düşənbə şəhərində keçirilən “International” seriyalı beynəlxalq turnirdə bürünc medala sahib olublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman