Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb

post-img

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. 

Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqur­larla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb. Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Nicat rəqib qarşısında ardıcıl olaraq çətinliklər yaradıb. Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olub. 

Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman