“Nokia”nın böyük dinamikli yeni modeli

post-img

“Nokia” şirkəti öz məhsullarının təkmilləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Növbəti yenilik isə “Nokia 130 Music” smartfonu­dur. 

Smartfonun korpus hissəsində ka­mera əvəzinə, nəhəng dinamik yerləş­dirilib. Bu isə telefonun əsas fərqliliyidir. Bu dinamik cihazın arxasındakı kame­ranın yerində yerləşir. Eyni zamanda, siz “Nokia 130 Music”-i əlinizdə tutaraq və ondan dinamik kimi istifadə edərək mahnıları dinləyə bilərsiniz.

Dinamikdən əlavə, cihazda fənər və micro SD yaddaş kartları üçün slot da var. Qadcetin yaddaşının bütün musiqi kitabxanasını saxlamaq üçün 32 GB-a qədər yaddaşı var. Smartfon simli və simsiz FM radionu dəstəkləyir, Mic­ro USB 1.1 portu və qulaqlıqlar üçün standart 3,5 mm audio yuvası qoyulub. 

Telefonun akkumulyatorunun tutu­mu 1450 milliamper/saatdır. İstehsalçı telefonun gözləmə rejimində 30 gün, fasiləsiz söhbət zamanı isə 20 saat iş­ləyəcəyini bildirib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Dünya