Döş xərçəngini aşkarlayan cihaz

post-img

Dünya şöhrətli türkiyəli alim Ca­nan Dağdevirən döş xərçəngi diaq­nozunda irəliləyiş əldə edib. Tür­kiyə mətbuatının yazdığına görə, Dağdevirən xərçəngi qabaqcadan aşkarlayan ultrasəs cihazı ixtira edib. Büstqalterə taxıla bilən cihaz qadınlara mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək.

6 ildir üzərində işlənilən cihaz insan­lar üzərində sınaqdan keçirilib və ABŞ-da patent alıb. Həkimin sözlərinə görə, bu cihaz hər il 11 milyon qadının həyatını müsbətə doğru dəyişə bilər. Özünün də döş xərçənginə tutulma riskinin yüksək olduğunu deyən Dağdevirən cihazı bü­tün qadınlara ərmağan etdiyini deyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, döş xər­çəngi ən çox yayılmış xərçəng növüdür və təkcə 2020-ci ildə 2,3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulub, 685 min qadın dünyasını dəyişib.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya