Saxarin şəkərdən 200 dəfə şirindir

post-img

Konstantin Fahlberg kömür qət­ranını öyrənirmiş. Bir dəfə görüb ki, nədənsə, çörək ona çox şirin gəlir. Laboratoriyaya qayıdıb hər şeyi dad­dıqdan sonra şirin dadın mənbəyini tapıb. Bu təsadüfən kəşf etdiyi saxa­rin olub. 1884-cü ildə Fahlberq saxa­rini patentləşdirib və onun kütləvi istehsalına başlayıb. 

Əlbəttə, bu cür şəkər əvəzləyiciləri xeyli qənaətlidir və kalori miqdarı ol­duqca azdır. Amma şəkərdən 200 dəfə şirindir. Bu fakt bizi ondan müntəzəm istifadəyə təhrik edə bilər. Lakin bilmə­liyik ki, onu kor-koranə işlətmək qətiy­yən yolverilməzdir. Daha aydın desək, təbii şəkərlə qidalandıqda insan orqa­nizmində lazımi miqdarda kalori qəbul etdikdən sonra təbii olaraq doyma pro­sesi baş verir. Lakin süni şəkər qəbul etdikdə orqanizmdəki bu təbii proses pozulur və insanda doymaq hissi ya­ranmır. Nəticə etibarı ilə doymaq hissini qarşılayacaq deyə artıq saxarin qəbul edilir, çəki artır.

Həmçinin şəkər əvəzedicilərindən uzunmüddətli istifadə baş ağrısı, qu­laqlarda səs, depressiya, allergiya və s. xəstəliklər əmələ gətirir. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı