Süni intellekt direktor təyin edir

post-img

Süni intellektli robot Kolumbiyada bir şirkətə baş direktor (CEO) təyin edilib. “Mika” adlanan robotlar yaxın gələcəkdə dünyada daha çox şirkətə rəhbərlik edəcək.

Mika ən son alqoritmlər və proqram dilləri ilə təchiz olunub. Şirkət işçiləri əv­vəlcə ona şübhə ilə yanaşsalar da, artıq Mikanın şirkətlərinə verdiyi dəyəri anla­dıqlarını bildiriblər.

Kolumbiyanın “Dictador” firmasının rəhbəri seçilən Mika iddia edir ki, ün­siyyət, strategiya planlaması və dizayn da daxil olmaqla bir çox işlərə kömək edəcək. Artan maaş və ya məzuniyyət istəməyən işçi kimi şirkətə çox faydalı olacaq.

Mikanın əsas işi “Dictador”u idarə etmək olsa da, o, bu ayın əvvəlində BMT-nin konfransındakı çıxışı ilə siyasət dünyasında da tanınır. Bu əlamətdar ha­disə dünyanın ilk robot-insanın mətbuat konfransı olub və burada Mika digər ro­botlar ilə birlikdə bəşəriyyətin gələcəyi haqqında danışıb.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya