Köhnə “iPhone”lar qiymətə mindi

post-img

“Twitter” keçən həftə “X” olaraq yeniləndi və bununla da həm veb-saytdakı loqo, həm də smartfonlar­dakı tətbiq nişanları dəyişdi. Lakin istifadəçilər hələ də əvvəlki versiyada qalmaq istəyirlər. Belə ki, köhnə “Twit­ter” loqosu olan “iPhone” modelləri onlayn mağazalarda minlərlə dollara satılır.

Bəzi insanlar proqramı yeniləməkdən imtina edirlər. Bunun əvəzinə, onlar bu fürsətdən istifadə edərək “iPhone”larını “eBay”da köhnə “Twitter” loqosu ilə satı­şa çıxarırlar. Həmin “iPhone”ların qiyməti bir neçə min dollardan 25 min dollara qə­dər dəyişir. İstifadəçilər tərəfindən daha çox kolleksiya məqsədi ilə alınır.

Qeyd edək ki, artıq bir neçə min dol­lara satılmış “iPhone” modellərinə rast gəlmək mümkündür. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya