Reuters: Braziliya BRİKS-in genişlənməsinə qəti şəkildə qarşı çıxdı

post-img

BRİKS alyansının genişlənməsinin əsas rəqibi Braziliyadır.

“Reuters”in Braziliya hökumətinin adı açıqlanmayan üç nümayəndəsinə istinadən verdiyi məlumata görə, hakimiyyət alyansın potensial genişlənməsini “təşkilatın maraqlarına uyğun deyil” hesab edir.

Agentliyin həmsöhbətləri qeyd edirlər ki, Braziliya istənilən genişlənmənin mərhələli olmasını təmin etmək niyyətindədir. Bundan əlavə, Braziliya rəsmiləri hesab edirlər ki, yaxın gələcəkdə “regional balansı qorumaq və BRİKS-in beş üzvünün alyansında böyük rolu saxlamaq lazım gələcək”.

Hazırda BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya