Pentaqon Ukraynanın ağır və uzunmüddətli əks-hücumunu gözləyir

post-img

ABŞ Müdafiə Nazirliyi əks-hücum zamanı Ukrayna silahlı qüvvələrinin irəliləyişini qeyd edir, lakin bunun çətin və uzunmüddətli mübarizə olacağını proqnozlaşdırır.

Bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Pentaqonun nümayəndəsi, briqada generalı Patrik Rayder bildirib. Bu barədə "Yevropeyskaya Pravda" yazır.

ABŞ Ukraynanın əks-hücumunun "irəli getdiyini" görməyə davam edir və əlavə edir ki, bu, Ukrayna üçün "çətin döyüş olub və olacaq".

"Buna görə də biz yenidən onlarla, müttəfiqlərimiz və tərəfdaşlarımızla ünsiyyət qurmağa diqqət edəcəyik ki, onların döyüş meydanında ehtiyacları olduqda onlara dəstək ola bilək",-deyə Rayder əlavə edib.

O, həmçinin vurğulayıb ki, Vaşinqton Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək".

S.ELAY,

"Xalq qəzeti"

Dünya