Ağ Ev "Fitç" ilə razılaşmır

post-img

Administrasiyanın sözçüsü Karin Jan-Pyer bildirib ki, Ağ Ev "Fitç"in ABŞ reytinqini aşağı salması ilə razılaşmır və iqtisadi problemlərə görə respublikaçıları günahlandırır.

"Biz bu qərarla qətiyyən razılaşmırıq", - Jan-Pyer geniş yayılmış bəyanatda bildirib.

Onun sözlərinə görə, keçmiş administrasiya dövründə agentlik ölkəni fərqli bir modelə görə qiymətləndirirdi və indiki vəziyyət "prezident Co Baydenin ən güclü iqtisadi bərpaya nail olduğu bir vaxtda ABŞ-ın reytinqini aşağı salmaq üçün reallığa qarşı çıxır". 

Jan-Pyerə görə, ABŞ iqtisadiyyatı üçün təhlükə Co Baydenin iqtisadi təşəbbüslərinə mane olan "respublikaçı məmurların ekstremizmi" olaraq qalır.

Qeyd edək ki, "Fitç" reytinq agentliyi ABŞ-ın uzunmüddətli emitentin defolt reytinqini AAA-dan AA+səviyyəyə endirib.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat