İnsan sirli aləmdir

post-img

İnsanın öyrənilməsi bütün dövrlərin və xalqların tədqiqatçılarını cəlb etmişdir. Xəstəlikləri, mənşəyi, psixologiyası, motivasiyası və s. ali məxluqu yaxşı tanımağa imkan verir. Alimlər öyrəniblər ki:
1. Bir insanın bədənində orta hesabla 2 kiloqram bakteriya yaşayır.
2. Bu gün təbabət xəstəliklərin diaqnostikası sahəsində xeyli irəliləyib. Orta əsrlərdə həkimlər üçün belə bir imkan mövcud deyildi.
Onlar xəstəliyi dəqiq müəyyən edə bilmədikdə, sifilis diaqnozu qoyurdular.
3. İnsan doğulan zaman onun beynində 14 milyard hüceyrə olur. Ancaq 25 ildən sonra bu rəqəm 100 minədək azalır.
4. Ən çox gülümsəyən insanlar uşaqlardır. Onlar böyüklərlə müqayisədə, daha çox – gündə 400 dəfə gülürlər.
5. Hər bir insan ömrünün, orta hesabla, 5 ilini yeməyə sərf edir.
6. Gülmək üçün insan 17 əzələdən istifadə edir.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı