Ətir dünyasına 4-ü də əlavə olundu

post-img

Kişi moda dünyasının tanınmış simalarından olan türkiyəli modelyer Emre Erdemoğlu Dubaydakı moda nümayişi üçün dünyanın ən böyük ətir şirkətlərindən olan “MG International” ilə əməkdaşlıq edərək fərqli ətirlər istehsal edib. Erdemoğlu “Ruh məkanları” adlı kolleksiyasını bu ətirlərlə birlikdə təqdim edib.

4 əsas rəng və qoxunu birləşdirən ətir dəbdəbəli və ehtiraslı maddələrin, qiymətli ağac və ədviyyatların cəlbedici ahəngini özündə birləşdirərək adamda xoş duyğular oyadır. Moda nümayişi ilə eyni vaxtda qonaqlara təqdim olunan “Deeply Wind”, “Emptiness”, “Free Spirit” və “Hidden Desire” ətirləri modelyerin istehsal etdiyi geyimlərlə vəhdət təşkil edir. Erdemoğlu, təkcə dizayn və kolleksiyaları
ilə deyil, türk musiqisinin əhəmiyyətli adları üçün hazırladığı səhnə geyimləri ilə də illərdir moda dünyasında özünəməxsus yer tutur.

İlk moda nümayişini İtaliyada təşkil edən və “Sandıq ləkəsi” adlı buraxılış kolleksiyası ilə bir çox mükafata layiq görülən dizayner Nişantaşıdakı salonunda kişilər üçün xüsusi geyimlər hazırlayır və moda istehsalı xidmətləri ilə əməkdaşlıq edir.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Maraqlı