3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Priştina mərhələsində ilk oyun gününün görüşləri yekunlaşıb. "B" qrupunda ikinci oyununu keçirən qadın millimiz "Qyor" (Macarıstan) klubuna 9-21 hesabı ilə məğlub olaraq mübarizəni qrupdaca dayandırıb.
Qeyd edək ki, "D" qrupunda qərarlaşmış digər təmsilçimiz "Neftçi" klubu isə ikinci oyununda Kosova millisinə 20-9 hesabı ilə qalib gəlməyi bacarıb və qrup lideri kimi dörddəbir finala vəsiqəni təmin edib. Dörddəbir finalda "Neftçi"nin rəqibi "Qyor" (Macarıstan) klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00 -da baş tutacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti