Valyuta ticarəti heç də yeni anlayış deyil. Hətta qədim dövrdə pul mübadiləsi ilə məşğul olan insanlar olub. Artıq IV əsrdə Bizans hökuməti valyuta mübadiləsində monopoliyaya nəzarət edirdi.
1. Dünyada ilk bank 1472-ci ildə Toskanada qurulan “Monte Dei Paschi di Siena” idi.
2. Mediçi ailəsi XV əsrdə tekstil tacirlərinə kömək etmək üçün xarici ölkələrdə banklar açırdı.
3. XVII və XVIII əsrlərdə Amsterdamda valyuta bazarı fəaliyyət göstərirdi.
4. 1880-ci ildə “qızıl standart” tətbiq olundu. Bu, valyuta ticarətinin başlanğıcı hesab olunur.
5. 1902-ci ildə Londonda 2 valyutadəyişmə brokeri fəaliyyət göstərirdi.
6. 1913-cü ilə qədər qlobal valyuta ticarətinin demək olar ki, yarısı funt-sterlinq vasitəsilə həyata keçirilirdi. Bu valyutanın üstünlük təşkil etdiyi dövrdə ticarət mərkəzləri Paris, Nyu-York və Berlin idi.
7. 1973-cü ildə müasir valyuta bazarı yaranıb.
8. 1990-cı illərin ortalarında valyuta bazarı yalnız banklar və korporasiyalar üçün mövcud idi. İnternetin yaranması ilə hər şey dəyişdi. Hazırda dünya valyuta bazarında gündəlik ticarət 5,3 trilyon dollar təşkil edir.
9. Hazırda ABŞ dolları ən populyar valyutadır və əməliyyatların 87 faizi onunla həyata keçirilir. Valyuta ticarətinin 71 faizi Böyük Britaniya, ABŞ, Sinqapur və Yaponiya birjalarının payına düşür.