“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dünən axşam keçirilən “4+4” lotereyasının 23091 nömrəli tirajında yeni rekord qeydə alınıb. Belə ki, indiyədək ölkə tarixində ilk dəfə olaraq 913 072 manatlıq cekpot udulub.
Qeyd edək ki, həftədə dörd dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpotun məbləği 500 min manat olacaq.
Elçin ABBASOV,
“Xalq qəzeti”