Paşinyan Ermənistanı Aİİ-in tamhüquqlu üzvü adlandırdı

post-img

Ermənistan Aİİ-in tamhüquqlu üzvüdür. Təşkilatdakı bütün qərarlar konsensus yolu ilə qəbul edilir və İrəvanın veto hüququ var, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşündə bildirib.

7 iyun parlament seçkilərindən sonra Paşinyana Ermənistanın Aİİ üzvlüyündən çıxarıla biləcəyi soruşulub.

"Ermənistan Avrasiya İqtisadi İttifaqındakı üzvlüyündən çıxarıla bilməz. Aİİ-dəki bütün qərarlar konsensus yolu ilə qəbul edilir və buna görə də Ermənistan Respublikasının da bütün üzv ölkələr kimi veto hüququ var", - deyə baş nazir qeyd edib.

Bazar günü Ermənistanda parlament seçkiləri keçirilir. On səkkiz partiya və siyasi blok iştirak edir.

XQ

Son xəbərlər