Fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib. İlkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.
Kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb.
Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə, Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.
XQ

