Xorvatiya parlamentinin sədri Ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

post-img

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

XQ

Son xəbərlər