Oktyabrın 8-də Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Akoş Kozma və Baş katibi Vivien Kozma ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında formalaşmış sıx münasibətlər məhkəmə-hüquq sahəsində də əməkdaşlığın genişlənməsinə töhfə verir. Xüsusilə, konstitusiya nəzarətinin effektivliyi, o cümlədən vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqların təmin edilməsi mexanizmlərinin tətbiqi üzrə təcrübə mübadiləsi hər iki məhkəmənin fəaliyyəti üçün önəmlidir.
Görüş zamanı Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verilib, Konstitusiya məhkəmələri arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Akoş Kozma səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanın Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olduğunu vurğulayıb.
XQ