Naxçıvanda həssas qrup uşaqlarına dərs ili hədiyyəsi

post-img

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Muxtar Respublikası Nazirlər Kabinetinin dəstəyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə çoxuşaqlı, aztəminatlı ailələrin uşaqlarına və qazi övladlarına Bilik günü ərəfəsində məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub.

Mərasimdə Muxtar Respublika Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildiriblər ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinə uyğun olaraq uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, sosial çətinliyi olan uşaqların problemləri daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada həssas qrupdan olan uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı və sosial müdafiəsi ilə bağlı önəmli tədbirlər həyata keçirilir.

Görüşdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub. Digər bölgələr də daxil olmaqla muxtar respublikada 132 nəfər xüsusi kateqoriyadan olan uşağa məktəbli geyimləri və dərs ləvazimatları, 348 uşağa isə maddi yardım verilib.

XQ

Son xəbərlər