Baş Prokurorluğun mətbuat xidmətindən XQ-yə verilən məlumatda bildirlib ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 2025-ci il aprelin 15-də elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.
Müsabiqə ilə bağlı ətraflı məlumatı linkinə daxil olaraq əldə etmək olar.
XQ