Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Qazaxıstan üzrə koordinatoru Fuat Erdoğmuş ilə görüşüb.
Görüş zamanı ortaq tarixi və mədəni irs sahəsində potensial əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər, həmçinin elm və təhsil sahələrində tərəfdaşlığın genişləndirilməsinə diqqət çəkiblər.