Naxçıvan heyəti İranda

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Maku şəhərində keçirilən II Maku Azad Zona İqtisadi Forumunda iştirak edib.

Maku Azad İqtisadi Zonanın icraçı direktoru Hossein Garuisi forumun əhəmiyyətindən və Maku Azad İqtisadi Zonanın imkanlarından bəhs edib.

Sonra Qərbi Azərbaycan valisi – ostandarı Reza Rahmani, İran Azad Ticarət Zonalarının baş direktoru Reza Masrur, İran Prezidentinin müşaviri Muhammed Nuri və digər rəsmi şəxslərin çıxışları olub.

Samir Seyidəhmədli ölkələrimiz arasındakı əlaqələrdən söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işləri, xüsusilə də ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini diqqətə çatdırıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələrə də toxunub, forumun ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyətini də vurğulayıb.

Forum çərçivəsində mədəniyyət, turizm, infrastruktur, nəqliyyat, sənaye, aqrar və kənd təsərrüfatı sahələri üzrə panel müzakirələr keçirilir.

Səbuhi HƏSƏNOV
XQ

 

Son xəbərlər