İyunun 4-də Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.
Nazirlər Kabinetindən bildiriblər ki, Düşənbə Beynəlxalq Hava Limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.