Milli Məclisin Sədri rumıniyalı həmkarı ilə görüşüb

post-img

Aprelin 14-də Milli Məclisin Sədri Sahibə Qafarova Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.

Sahibə Qafarova hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini vurğulayıb, Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət barədə məlumat verib.

Görüşdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri və Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb.

Mirça Abrudean ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib.

XQ

Son xəbərlər