Dumanlı hava ilə əlaqədar sürət həddi endirilib

post-img

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dumanlı hava ilə əlaqədar yollardakı tablolarda edilmiş dəyişiklikləri sürücülərin diqqətinə çatdırıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Bildirilir ki, hazırda paytaxtın bu yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb:

1. Zığ dairəsi- Hava Limanı yolu;

2. Heydər Əliyev prospekti;

3. Yusif Səfərov küçəsi;

4. Aeroport şosesi;

5. Ziya Bunyadov prospekti.

 

Xatırladılır ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. 

 

P.ƏMİRCANOV

XQ



Son xəbərlər