“Egey”li professorun “Xəzər” seminarı

post-img

Türkiyənin Egey Universitetinin professoru və “Yeni Gün” qəzetinin köşə yazarı Çiler Çilingiroğ lu Xəzər Universitetinin dəvəti ilə Bakıda olub və “Anadolunun neolitləş məsi” adlı elmi seminar keçirib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda keçirilən seminarda institutun direktoru Fərhad Quliyev, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri Yaqub Məmmədov və Ülviyyə Səfərova iştirak ediblər.

Professor Ç iler Ç ilingiroğ lu mühazirəsində Anadolu yarımadasındakı arxeoloji mədəniyyətlərin yerləşdiyi ərazinin landşaft, qədim dövrdəki ekoloji mühit və xronoloji ardıcıllığa görə fərqli xüsusiyyətlərindən bəhs edib. Təqribən e.ə. IX minilliyə aid Göbəklitəpə, e.ə. 8-ci minilliyin ikinci yarısına – erkən keramik neolit dövrünə aid Çatalhöyük abidəsində aparılan tədqiqatların son nəticələri barədə məlumat verib.

Seminar müzakirə formatında davam etdirilib.

Namiq QƏDİMOĞLU
XQ



Son xəbərlər