Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçayın dəvəti ilə fevralın 28-də Avropa Konstitusiya Məhkəmələri Konfransına (Təşkilatına) üzv olan konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında iştirak etmək üçün Tirana şəhərində səfərdə olub.
İclas çərçivəsində Avropa Konstitusiya Məhkəmələri Konfransının XX Konqresinin keçirilmə tarixi və mövzusu, milli hesabatların təqdim edilməsi, müşahidəçilərin Konqresə dəvət edilməsi və digər praktiki məsələlərə baxılıb.
Səfər zamanı bir sıra Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə məhkəmə-hüquq məsələləri müzakirə edilib.
XQ