YAP nümayəndə heyəti AK Partinin VIII Böyük Qurultayında

post-img

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti AK Partinin VIII Böyük Qurultayında iştirak edib.

Səfər çərçivəsində fevralın 24-də YAP Sədrinin müavini ilə AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüşlər keçirilib. Tahir Budaqov qurultayının uğurla baş tutması və onların vəzifələrinə yenidən seçilmələri münasibətilə onları təbrik edib.

Tahir Budaqov AK Partinin iqtidarda olduğu son 22 ildə reallaşdırılan möhtəşəm layihələr və qazanılan uğurlar nəticəsində Türkiyə dövlətinin gücünün və nüfuzunun xeyli artdığını bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin bütün milli məqsədlərinin müvəffəqiyyətlə həyata keçiriləcəyinə inamını ifadə edib.

Görüşlər zamanı “Bir millət, iki dövlət” prinsipinə, dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində ən yüksək səviyyəyə çatdığı bildirilib, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin milli maraqların təmini və müştərək hədəflərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Görüşlər zamanı dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq hakim partiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.

 



Son xəbərlər