Nizami rayonu, H.Əliyev prospektində yerləşən evlərin birinin qarşısından moped oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı A.Mərdanov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində yerləşən təkər bazarından isə 400 manat dəyərində iki ədəd avtomobil diski oğurlamaqda şübhəli bilinən 26 yaşlı O.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Nizami rayonunda dəyəri 4400 manat olan qızıl-zinət əşyasının oğurlanması barədə də polisə daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən edilərək saxlanılıb.
Yasamal rayonu ərazisində isə bir avtomobildən 700 manat və 300 dollar maddi vəsaitin oğurlanıb. 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Ə.Vəlizadə müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nəsimi rayonunda ərazisində 40 yaşlı N.Quliyevdən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Onun bir nəfərin evindən 500 manat pul, 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ