Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə XİN-in mətbuat xidmətindən XQ-ə məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.