Naxçıvanın Kəngərli rayonunda silah-sursat tapılıb

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd PQ-2 40 mm-lik qumbaraatan mərmisi, 1 ədəd 85 mm-lik BR-365 yivli top mərmisi, 1 ədəd 76 mm-lik B-350 zirehdələn top mərmisi, 1 ədəd 23 mm-lik OFZT yivli zenit top mərmisi və 1 ədəd RPG-7 qumbaraatan mərmisinin başlıq hissəsi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

P.ƏMİRCANOV

XQ

 

 



Son xəbərlər